Çanaxçı məktəbinin direktoru xüsusi müəllimin peşəkarlığının və kimliyinin müzakirə olunmasını vacib hesab etmir


Marneuli bələdiyyəsinin Çanaxçı kənd ictimai məktəbi xüsusi müəllim götürüb. Məlumatı məktəbin direktoru Manana Manukyan da təsdiqlədi. Lakin yeni qəbul olunmuş müəllimin kvalifikasiyasının olub olmaması və uşaqlarla işləməyə nə vaxt başlayacağı barədə sualımıza məktəb direktoru Manana Manukyan “suallara cavab verməyə borclu deyiləm” deyə cavab verdi.

"Mən sizin suallarınıza cavab verməyə məcbur deyiləm ki? Belə məcburiyyətim yoxdur" -
Manana Manukyan bildirdi.

Məlumatı dəqiqləşdirmək üçün Marneuli Tədris Resurs Mərkəzinin direktoru Kənan Ömərovla əlaqə saxladıq. O, bildirdi ki, Çanaxçı məktəbi ilə bağlı yalnız təzəliklə yeni xüsusi müəllim götürdüklərini bilir.

"Bildiyim qədər, məndə olan məlumata görə deyə bilərəm ki, o məktəb xüsusi müəllim götürüb işə. Lakin kimdir, nəçidir, bilmirəm, bu məktəbin səlahiyyətindədir və məktəbin işidir" - Kənan Ömərov bildirdi.

Xüsusi müəllim götürmək üçün Çanaxçı ictimai məktəbi bir neçə gün əvvəl vakansiya elan etmişdi. Lakin direktorun dediyinə görə, həmin vaxt heç kəs müraciət etməmişdi. Buradan irəli gələrək, Manana Manukyanın müəllimi saytda yerləşdirilmiş vakansiya əsasında götürmədiyini demək olar. O, pedaqoqun hazırlanması üçün məktəbin daxili resurslarından istifadə edə biləcəyini müzakirə etmək üçün jurnalistə şərh verməyə özünü borclu hesab etmir.

"Xüsusi müəllim hazırlığı proqramı var və xüsusi müəllimlər qeydiyyatdan keçirlər. Sonra qruplar təşkil olunur və bu kurslara getməli və kursu tamamlamalıdırlar" – İnkluziv Təhsil İdarəsinin rəhbəri Ekaterine Dqebuadze bildirir.

İnkluziv Təhsil İdarəsinin rəhbəri Ekaterine Dqebuadzenin bizimlə söhbəti zamanı dediyinə görə, pedaqoqların hazırlanması müəllimlər evində pulsuzdur. Direktor pedaqoqun peşəkarlığının artırılması üçün məsələni özü təşkil edə bilər.

Çanaxçı ictimai məktəbi ermənidillidir. Etnik azlıqların məskunlaşdığı kənddə təlimlər və yeni imkanlarla bağlı məlumatlar demək olar ki əlçatmazdır. Müəllimlər isə dil baryeri üzündən peşəkarlığın artırılmasında çətinlik çəkirlər.

Xatırladırıq ki, Çanaxçı məktəbində xüsusi ehtiyacı olan ikinci sinif şagirdləri bacı-qardaşın iki ildir ki, xüsusi müəllimləri yox idi.

 

Print Email
FaceBook Twitter Google