Sahibkarlıq proqramı qrant müsabiqəsində iştirak vaxtı uzadıldı
Marneulidə istehsalçılıq proqramının qrant müsabiqəsində yalnız 7 namizəd iştirak edib. Bu gün, meriyada istehsalçılıq proqramının mentoru Lela Nikoladze meriya əməkdaşları ilə görüş keçirdi və məlumat verdi ki, proqrama qoşulmaq üçün vaxt uzadılıb.

Nikoladzenin sözlərinə görə, heç olmasa 50-yə qədər namizəd iştirak etməlidir. Ən yaxşı biznes ideyası olan maraqlanan şəxslər isə 22-nə qədər seçilməlidir. Onlar biznes ideya
əsasında biznes plan işləyəcəklər və 1500 avro dəyərində qrant əldə edəcəklər.

Namizədlər indi artıq 1 noyabra qədər qrant müsabiqədə iştirak edə bilərlər. Qeydiyyatdan isə Marneuli Mülki Məşğulluq Mərkəzində və eləcə də onlayn aplikasiyanı doldurmaqla da keçə bilərlər. Seçilmiş şəxslər 5 ay ərzində tədri sproqramına qoşulacaqlar və kiçik biznesi necə inkişaf etdirəcəklərini öyrənəcəklər.

İstehsalçılıq proqramı Action Against Hunger tərəfindən "Atinati" assosiasiyasının tərəfdaşlığı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) dəstəyi ilə EPİC layihəsi çərçivəsində həyata keçirilir.

Print Email
FaceBook Twitter Google