Marneuli 1 saylı uşaq bağçasında suçiçəyi aşkarlandı
Marneuli bələdiyyəsinin 1 saylı uşaq bağçasında su çiçəyi xəstəliyi halı aşkarlanıb.
Bizimlə söhbət zamanı Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadzenin dediyinə görə, su çiçəyi idarə olunan infeksiya deyil və onun vaksinləmək olmaz. Hava damcı yolu ilə bu xəstəliyə tutulmaq isə asan şəkildə mümkündür.

"Həyata keçiriləcək yeganə tədbir uşaqda simptom olduqda buraxmamaqdır. Bağçanın əməkdaşları deyirdilər
ki, simptomlar yox idi. Qırmızı səpkilər aşkar olunub. Bu halda uşaq təcrid olunmalıdır, evə buraxılmalıdır və evdə müalicə olunmalıdır. Bu bağça əməkdaşları tərəfindən görülə biləcək yeganə tədbirdir"
- dedi Eter Laperadze.

1 saylı uşaq bağçasında ilk əvvəl su çiçəyi 2 uşaqda sonrakı günlər isə yenə 3 uşaqda aşkarlanıb. Laperadzenin sözlərinə görə, bir halda ki, qeyd olunan xəstəlik idarə olunan deyil yalnız uşaq bağçalarında deyil başqa yerlərdə aşkarlanması da mümkündür.

Su çiçəyi uşaq yaşlarında kəskin virus xəstəliyidir. Xəstə adam öskürək və ağsıraq zamanı xəstəlik yayır və xəstələnəndən 9-10 gün ərzində infeksiya mənbəyi sayılır.

Print Email
FaceBook Twitter Google