Tender şərtlərinin pozulması yoxsa texniki səhv - 7 dayanacağı yalnız bir kənddə qurublar

Səhv elan edilmiş tender yoxsa pozulmuş şərtlər – Saimerlo və Sereteli kəndlərində qurulmalı olan 7 ədəd dayanacağın montajı ideyası belədir.

Marneuli meriyasının tenderinə əsasən, dayanacaqlar hər ikisi kənddə qurulmalı idi.

Ancaq yeddi dayanacaq da Seretelidə qurulub. Tender sənədlərində isə aydın şəkildə yazılıb ki, 29 008 lariyə Marneuli bələdiyyəsinin Sereteli və Saimerlo kəndlərində 7 (yeddi) ədəd avtobus dayanacağında
örtülü gözləmə yerinin qurulması işlərinin alqı-satqısı mümkündür.

Müqavilə və plana əsasən 4 dayanacaq Seretelidə 3 dayanacaq isə Saimerloda qurulmalı idi. Tenderdə “Saba” MMC qalib gəlib. Biz şirkətin rəhbəri ilə əlaqə saxladıq. O, bildirdi ki, ona tapşırılan qeydi yerinə yetirib və Sereteli kəndində işləri bir həftəyə bitirəcəklər.

Biz işi meriyada araşdırmağa cəhd göstərdik. Marneuli meriyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mariam Xaçidzenin dediyinə görə, tender sənədlərində texniki səhvlərə görə uyğunsuzluq olub.

Layihə vətəndaş büdcəsi çərçivəsində maliyyələşib və Seretelidə yaşayan vətəndaşın təşəbbüsüdür. Saimerlo kəndində gəldikdə isə meriya orada dayanacaqların qurulmasını yaxın gələcəkdə planlaşdırır.

 

 

Print Email
FaceBook Twitter Google