Marneuliyə yeni "Gələcək" məktəbi əlavə olundu

Bu gün, 26 oktyabrda Marneulidə özəl tədris müəssisəsi, “Gələcək” məktəbində Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman naziri, Kvemo Kartli qubernatoru və yerli özünüidarəetmə nümayəndələri qonaq oldular.

Məktəb bir aydır açılıb və müasir standartları qane edir.

Rəngli divarlar, təchiz olunmuş sinif otaqları, idman zalı, kitabxana, kompüter otağı, işıqlı məkan hər cür aktivlik istəyi yaradır. “Gələcək” məktəbinin akademik
direktoru Nana Dalakişvilinin dediyinə görə, şagirdlər üçün tədris həvəsləndirici olmalıdır. Gürcü dilinin tədrisinə xüsusi diqqət ayrılır.

"Bizim məktəb gürcü və ingilis dilinin tədrisinə xüsusi diqqət ayırır. Əsas məqsədlər budur. Gürcü dilinin tədrisi üçün xüsusi mühit yaratmışıq. Miili tədris planı ilə nəzərdə tutulmamış çox fənnlər əlavə etmişik. Planla olan dərsləri də keçirik. Kitablarımız yoxdur amma elə proqramla çalışırıq ki, gürcü dilini heç bilməyən uşaqlar üçündür. Bizdə belə uşaqlar çoxdur"
- dedi Nana Dalakişvili.

Özəl məktəb 320 şagird üçün ayrılıb. Hazırda isə 118 şagird oxuyur. Nana Dalakişvili gələcək planlardan da danışdı və qeyd etdi ki, öz təhsil müəssisələrinə başqa şagirdlərin də qonaq gəlməsini istəyir ki, birlikdə müxtəlif aktivliklər həyata keçirsinlər.

"Biz istəyirik ki, məktəbimiz başqa uşaqlar üçün aktivlik həyata keçirəcək məkan olsun. Birlikdə idman aktivlikləri keçirisnlər. Hələ ki, başlamamışıq amma gələcək planımızda var. Tam təcrid olunmaq istəmirik.Biz nəinki Marneulid bütün Gürcüstanda ən yaxşı məktəb olmağı düşünürük" - dedi Nana Dalakişvili.

Məktəbdə tədris prosesi saat 09:30-da başlayır və 17:30-da başa çatır. Direktorun sözlərinı görə, faktiki olaraq şagirdlər evə gedəndə ev tapşırığı yerinə yetirməli olmurlar, məktəbdə hazırlaşırlar. Bir halda ki, məktəb bu ildən fəaliyyətə başlayıb, güzəştli tədris qiyməti 3600 lari dəyərindədir.

 

 

Print Email
FaceBook Twitter Google