6 ildə məişət zorakılığına görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 2,6 dəfə artıb
Gürcüstan Prokurorluğunun dərc etdiyi rəsmi məlumata görə, 2023-cü ildə ailədaxili zorakılıq və ailə ilə bağlı cinayətlərə görə 5286 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 2017-ci ildə müvafiq göstərici 1986 nəfər olub, bu da son 6 ildə artımın 266,2 faiz artması deməkdir.

Regional olaraq ilk beşlik belə görünür:
  • · Tbilisi - 1432;
  • · Kvemo Kartli - 804;
  • · Acarıstan - 801;
  • · Qərbi Gürcüstan - 725;
  • · Şida Kartli - 619;
Gürcüstan Prokurorluğunun məlumatına görə, bu müddət ərzində
Acarıstanda (4,6 dəfə), Kvemo Kartlidə (3,7 dəfə) və Şida Kartlidə (2,86 dəfə) aşkar edilmiş halların və cinayət təqibinin başlanması hallarının sayı artıb. Ən az artım Samtsxe Cavaxeti (1,72 dəfə) və Qərbi Gürcüstanda (1,87 dəfə) olub.

Təqib olunanların 5,75 faizi qadınlar, 5001 nəfərin əksəriyyəti isə kişilərdir. Məlumata görə, ən çox iş 35-44 yaşlı şəxslərə qarşı qaldırılıb. Məlumat üçün bildirək ki, ötən illərdə təqiblərə başlayan şəxslər arasında adıçəkilən yaşda olan şəxslər üstünlük təşkil edirdi.

Onu da qeyd edək ki, təqiblərə başlanılan 5286 nəfərin 74,7 faizi (3947 nəfər) işsizdir.

Təqib olunanlardan – cəmi 5286 nəfər
  • · İşsizlər - 3947;
  • · Özünüməşğulluqda olanlar - 762;
  • · Hüquqşünas - 4;
  • · Özəl sektor - 457;
  • · Dövlət sektoru - 116;
Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google