Bir litri 80 lari - eşşək südünə tələbat nə qədərdir
“Eşşək südünə tələbat xeyli artıb. Əslində, tələbatı ödəyə bilməsək, süddən başqa heç nə istehsal edə bilməyəcəyik” – bu barədə “Şake-Dari” şirkətinin təsisçisi Temur Lomidze Business Press News-a bildirib.

“Keçən il bu vaxt hər üçüncü gündə 5 litr süd istehsal ediriksə, bu il hər gün 20 litr süd istehsal edirik. Bundan əlavə, eşşək südündən hazırlanan məlhəm və
sabunlara tələbat var, amma hələ ki, buna nail ola bilmirəm”,
- Temur Lomidze bildirib.

Onun sözlərinə görə, südün də qiyməti bir neçə aydır ki, artıb və 80 lari təşkil edir.

Yaxın gələcəkdə şirkət qida əlavələri istehsal etməyi planlaşdırır. Temur Lomidzenin sözlərinə görə, payızdan etibarən apteklərdə eşşək südünün tozundan hazırlanan həbləri almaq mümkün olacaq.

“Şake-Dari” Qardabani rayonunun Saakadze kəndində yerləşir. Hazırda təsərrüfatda 100-ə yaxın heyvan yaşayır.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google