Qeyri-iş günlərinin sayı artır - Parlament dəyişiklikləri təsdiq edəcək
“Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericiliyə edilən dəyişikliklər çərçivəsində həm Əsas Qanunda, həm də Əmək Məcəlləsində 17 may ailə müqəddəsliyi və valideynlərə hörmət günü kimi müəyyən edilərək bayram günü elan ediləcək”, - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə bildirib.
Gələn ildən qeyri-iş günlərinin sayı artacaq və ölkədə 17 deyil, 18 rəsmi qeyri-iş günü olacaq.

“Mayın 17-si ailənin müqəddəsliyi və valideynlərə hörmət günü kimi təsis ediləcək, artıq 10 ildir ki, bu gün də qeyd olunur və dövlət bayramı elan ediləcək.

Cari yaz sessiyasında biz bu qanun layihəsinə birinci oxunuşda baxıb birinci oxunuşda qəbul edəcəyik. Və bu paket payız sessiyasında ikinci və üçüncü oxunuşda qəbul ediləcək. Müzakirənin bir hissəsi olmaq istəyən hər kəsin həmin müzakirənin bir hissəsi olmaq üçün kifayət qədər vaxtı var. Bir faktı da vurğulamaq istərdim ki, ümumi ictimai müzakirə prosesində vətəndaşlar tərəfindən hərtərəfli dəstək gördük, eləcə də mayın 17-də keçirilən genişmiqyaslı aksiya, əslində, bu qanunun dəstəklənməsi üçün keçirilən ümumxalq səsverməsi idi. Ona görə də Gürcüstan əhalisinin əksəriyyətinin iradəsini yerinə yetirmək parlamentin vəzifəsidir”,
- Şalva Papuaşvili bildirib.

Mənbə: etaloni.ge

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google