"Mançester Siti" Premyer Liqa rəhbərliyini məhkəməyə verdi
İngiltərənin "Mançester Siti" futbol klubu Premyer Liqanın rəhbərliyini əlaqəli tərəflərlə alqı-satqı məsələlərində ayrı-seçkilikdə ittiham edərək məhkəməyə verib.

Premyer Liqa rəhbərliyi klublara komanda sahibləri ilə əlaqəli şirkətlərlə sövdələşmələr bağlamağı qadağan edib. "Mançester Siti" isə bunu Körfəz ölkələrindən olan sahiblərə qarşı ayrı-seçkilik adlandırıb.

Qeyd edək ki, fevral ayında "Mançester Siti" 2009/10 mövsümündən 2017/18 mövsümünə qədər yol verilən 100-dən
çox maliyyə pozuntusunda ittiham olunub. Klub günahkar bilinərsə, onu xalların silinməsi, liqadan qovulması və titulların itirilməsi də daxil olmaqla bir sıra cəzalar gözləyir.

Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google