Audit Xidməti: 2023-cü ildə büdcə vəsaitlərinin idarə edilməsində pozuntular 21,2 milyon lari təşkil edib
İllik hesabata əsasən, 2023-cü ildə Dövlət Audit Xidməti tərəfindən aparılan yoxlama nəticəsində müəyyən edilmiş pozuntuların ümumi həcmi 21,2 milyon lari təşkil edib.

Xidmətdən verilən məlumata görə, pozuntular əsasən büdcə vəsaitlərinin səmərəsiz, qənaətsiz və məqsədyönlü istifadə edilməməsi hallarıdır və mühasibat uçotu və hesabatlılığın istiqamətləri ilə müəyyən edilmiş nöqsanları əhatə etmir.

Dövlət Audit Xidməti 2023-cü ildə 51
audit keçirib və ümumilikdə 20 milyard laridən çox vəsait yoxlayıb. Ölkənin ümumi büdcəsinin 89 faizi ödənilib.

Kateqoriyalar üzrə pozuntular:
  • • Satınalmaların idarə edilməsi - 10,8 milyon lari;
  • • Aktivlərin idarə edilməsi - 1,6 milyon lari;
  • • Büdcə resurslarının idarə edilməsi - 8,9 milyon lari;
  • • Ümumi - 21,2 milyon lari.
Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google