İstintaq: Dövlətə məxsus 704 714 lari dələduzluq yolu ilə mənimsəmə faktına görə 8 nəfər saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına görə, dövlət büdcəsinə məxsus

külli miqdarda pulun dələduzluq yolu ilə mənimsənilməsi faktları üzrə 8 nəfərə qarşı cinayət işi başlanıb.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər 2021-2023-cü illərdə sahib olduqları şirkətlər adından Gəlirlər Xidmətinə aylıq ƏDV bəyannamələri təqdim ediblər və bu bəyannamədə satılan mallarla bağlı saxta məlumatlar daxil edilib və bu, şirkətlər
üçün saxta ƏDV aktivi yaradıb.
Müəyyən edilib ki, qeyd olunan cinayət əməli nəticəsində təqsirləndirilən şəxslər dövlət büdcəsinə məxsus 704 714 lari dələduzluq yolu ilə ələ keçiriblər.

Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 180-ci maddəsi ilə istintaq davam etdirilir. Dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi və sözügedən cinayət əməlində əli olan şəxslərin ifşa edilməsi istiqamətində müvafiq tədbirlər görülür”,
- deyə istintaqın məlumatında bildirilir.

 

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google