Milli Bankın valyuta hərracında 60 milyon ABŞ dolları satmasına
baxmayaraq, milli valyuta dollar və avro qarşısında yenidən
ucuzlaşıb.
İyunun 12-nə olan rəsmi məzənnəyə əsasən, 1 ABŞ dollarının dəyəri
2,8646 lari təşkil edib ki, bu da ötən günün məzənnəsindən 0,0156
lari çoxdur.
Avroya gəlincə, lari avroya nisbətən demək olar ki, 2 tetri
ucuzlaşıb və 1 avronun
rəsmi məzənnəsi ilə dəyəri 3,0763 lari olub
ki, bu da ötən günün məzənnəsindən 0,0179 lari çoxdur.
May ayında “Gürcü arzusu”nun rus qanunlarının ləğvi ilə bağlı
kütləvi aksiyalar keçirməsindən sonra larinin məzənnəsi ucuzlaşmağa
başlayıb.
Devalvasiyaya paralel olaraq son bir ayda Milli Bank valyuta
hərracında 168 milyon 700 min ABŞ dolları satıb.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.