Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baldi Kanyonunun mühafizəçilərinə çadırda basqın edən 2 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, iyunun 11-nə keçən gecə Baldi Kanyonunun mühafizəçilərinə yaşadıqları çadırda basqın edən 2 nəfər saxlanılıb.

Qardaşlar - 1979-cu il təvəllüdlü Q. X. adam öldürməyə cəhd ittihamı ilə həbs edilib, 1983-cü il təvəllüdlü Q.X. isə təhdid ittihamı ilə.

Cinayətlər 15 ilə qədər həbslə cəzalandırılır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Q.X., qarşılıqlı mübahisə zəminində soyuq silahla həmkəndlisi, 1991-ci il təvəllüdlü M.B. –nı yaralayıb, hadisə zamanı 1992-ci il təvəllüdlü A.B də xəsarət alıb.

Agentliyin məlumatına görə, müttəhimlərin soyuq silahlar və ov tüfəngləri nümayiş etdirərək yerli sakinləri öldürməklə hədələdikləri də müəyyən edilib.

Hər iki təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən isti izlərlə saxlanılıb. Polis cinayətin alətlərini dəlil kimi götürüb.

İstintaq Cinayət Məcəlləsinin adam öldürməyə cəhd və hədə-qorxu ilə bağlı 19-108 və 151-ci maddələri ilə aparılır.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi
ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google