Qadının oğurlanmasında iştirak edən 2 polis əməkdaşı saxlanıldı - istintaq
Xüsusi İstintaq Xidmətinin məlumatına görə, gənc qadının qaçırılmasında iştirak edən 2 polis saxlanılıb.

“Xüsusi İstintaq Xidmətinin əməkdaşları Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin iki əməkdaşını nikah məqsədilə qanunsuz olaraq azadlıqdan məhrum etmə faktı üzrə saxlayıblar.

İstintaq müəyyən edib ki, vətəndaş M.K. 23 yaşlı qızı evlənmək məqsədilə qaçırmaq niyyətində olub. 25 may 2024-cü il tarixində Mestia şəhərinin
Çar Tamar küçəsində Sərhəd Polisi Bölməsinin 2 müfəttişinin köməyi ilə zərərçəkmişi zorla avtomobilə mindirərək qaçırıb”,
- Xüsusi İstintaq Xidmətinin məlumatında deyilir.

Qeyri-qanuni azadlıqdan məhrum etmə ilə əlaqədar olaraq, polis əməkdaşları Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “A” bəndində nəzərdə tutulmuş cinayəti törətdiklərinə görə, Daxili İşlər Nazirliyi tərəfindən saxlanılıb.

Cinayət 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google