Mədə xorasını, ağrıları, qurd xəstəliklərini müalicə edən bitki. RESEPTLƏR
Andız kökü xalq təbabətində geniş istifadə olunan müalicəvi bitkidir.

Bu bitki müxtəlif xəstəliklər zamanı çox effektli müalicəvi vasitə kimi istifadə olunur. Andız kökünün müalicəvi xüsusiyyətləri ənənəvi tibdə də təsdiq olunur. Bu səbəbdən andız kökü farmasevtik preparatların tərkibinə daxil edilir.

Andız kökünün müalicəvi təsiri:
  • - bəlgəmgətirici təsir. Öskürək, bronxit zamanı istifadə olunur. 1 xörək qaşığı andız
    kökü 1 stəkan qaynar suda dəmlənir və gündə 3 dəfə 1/3 stəkan olmaqla içilir.
  • - ödqovucu təsir. Bəzi öd və qara ciyər xəstəlikləri və iltihabları zamanı andız kökünün dəmləməsi istifadə olunur.
  • - qurdəleyhinə təsiri. Xüsusilə askaridioz zamanı geniş istifadə olunur və yaxşı müalicəvi effekt verir.
  • - ağrısızlaşdıran təsir. Revmatizm, podaqra, oturaq sinirinin iltihabı, lümbaqo, artrıq zamanı yaxşı kömək edir, ağrıları və iltihabı azaldır. Andız kökünün əsasında xüsusi təbii ağrısızlaşdıran məlhəm hazırlamaq olar. 50 qr quru andız kökünün üzərinə 1 stəkan istənilən bitki yağını tökün və 10 gün quru qaranlıq yerdə saxlayın (hər gün qarışdırmaq lazımdır). Sonra süzün və ağrısızlaşdıran məlhəm kimi istifadə edin.
Həmçinin bitkini islatmalar şəklində də istifadə etmək olar. Ağrıyan nahiyəyə andız kökünün ilıq dəmləməsində (1 x.q. andız kökü + 1 stəkan qaynar su) isladılmış parça qoyun və 20-30 dəqiqə saxlayın.
  • - yarasağaldan təsir. Andız kökü tanınmış yarasağaldan vasitədir. Müxtəlif yaralar, yanıqlar zamanı yaranın üzərinə gün ərzində bir neçə dəfə andız kökünün dəmləməsində isladılmış tənzif qoyun.
  • - mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi zamanı yarasağaldan təsir edir.
  • - iltibah və mikrobəleyhinə təsir. Müxtəlif iltihablar zamanı andız kökünün dəmləməsi əlavə müalicəvi vasitə kimi istifadə oluna bilər.
  • - umumimöhkəmləndirici təsir. Andız kökü orqanizmi möhkəmləndirir, infeksiyalara olan davamlılığını artırır. 1 xörək qaşığı andız kökünü 1 stəkan qaynar suda dəmləyin və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla için. Dəmləməyə bal da əlavə etmək olar.
Mənbə: Saglamolun.Az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google