30 iyun tarixində Gürcüstan-İspaniya oyununun birbaşa yayımlanması
Marneulidə “Yenə də Böyüyəcəklər” abidəsi ərazisində baş tutacaq.
Bu barədə Marneuli Bələdiyyə Məclisi iclasında Bələdiyyə Məclisinin
sədri Amiran Qiorqadze bildirib. O, vətəndaşları oyunu izləmək üçün
“Yenə də Böyüyəcəklər” ərazisinə gəlməyə çağırıb.
Birbaşa yayım 30 iyun, saat 23:00-da başlayacaq.
“Hamını ölkəmizin milli yığmasının uğuru münasibəti ilə
təbrik edirəm. Yığmamız qrupdan çıxıb, 1/8 finalda oynayacaq və
bizim komanda ən güclü komanda ilə – İspaniya yığması ilə
qarşılaşacaq. Amma bizim oyunçular elə yaxşı oynayırlar ki, ümid
edirəm, bu oyunu da qazanacaqlar. Əlbəttə, bu hər birimiz üçün
unudulmaz günlər olacaq”, – Amiran Qiorqadze
bildirib.
26 iyun tarixində Gürcüstan yığması Portuqaliya yığmasını 2:0
hesabı ilə məğlub etdi və 1/8 finala vəsiqə qazandı. Gürcüstan
yığması Avropa çempionatının ən güclü 16 komandası arasındadır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415