Marneuli bələdiyyəsinin üç məktəbində psixoaktiv maddələrdən
istifadənin qarşısının alınmasına yönəlmiş layihə həyata keçirilir.
Layihə çərçivəsində məktəb müəllimlər hazırlıq keçiblər və bundan
sonra şagirdlərlə bərabər müxtəlif tədbirlər planlaşdırıblar. “Qara
və Baltik dənizi Alyansı – Gürcüstan”-ın sədri Tiko Tsomaia
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Avropa İttifaqı
tərəfindən maliyyələşdirilmiş layihənin əsas məqsədi gənclərdə
onları zərərli maddələrdən istifadə etməkdən
çəkindirəcək güc,
bilik, bacarıqların formalaşdırılmasıdır.
“Gənclərin bunun nə olduğu, hansı problem olduğu, hansı
ziyan vura bildiyi haqqında məlumatı olmalıdır və sonra bu biliyə
əsaslanan, məlumatlı, öz yaxşılığınız, psixi sağlamlığınız, ümumi
rifahınız üçün seçim etməlisiniz. Layihənin əsası budur və bu
layihə çərçivəsində biz məktəblər ilə əlaqə saxladıq, çünki
məktəblər biliyin yarandığı yerdir. İnsanlar, gənclər başdan bu
təhsili ala və məlumatlı seçim edə bilərlər”, – Tiko
Tsomaia bildirib.
Tsomaianın sözlərinə görə, layihəyə Kvemo Kartli və Şida Kartlidən
10 məktəb cəlb olunub. Layihədə Marneulidən üç məktəb, Roman Zoidze
adına Şulaveri 1 saylı ictimai məktəbi, Marneuli 2 saylı və
Marneuli 5 saylı ictimai məktəbləri iştirak ediblər. Məktəblər
zərərli maddələrin istehlakının qarşısının alınması üçün
kampaniyalar hazırlayıb, tədbirlər həyata keçirib, bundan sonra
xüsusi münsiflər heyəti Şulaveri məktəbini qalib olaraq seçib.
Layihə çərçivəsində bu gün, 28 iyun tarixində Marneuli 2 saylı
ictimai məktəbində şagird və müəllimlərlə yekun görüş
keçirilib.
Görüşdə psixoloqlar zərərli maddələrin qarşısının alınmasından
danışıb, rəsm sərgisi keçirilib və həyata keçirilən tədbirlərin
təqdimatı olub.
“Bu layihə çərçivəsində “zəncirlənmə” adlı mini layihə
həyata keçirdik. Bu kampaniya çərçivəsində bir neçə fəaliyyət
birləşdirilmişdi. Biri elan etdiyimiz rəsm müsabiqəsi, digəri
qızların və oğlanların bəxtlərini sınadığı futbol turniri idi. Ən
vacib işlərimizdən biri – iki sosial məzmunlu video hazırladıq və
onlardan birini bu gün nümayiş etdirəcəyik", –
Marneuli 2 saylı ictimai məktəbinin müəllimi Temur Suğaşvili
bildirib.
Roman Zoidze adına Şulaveri 1 saylı ictimai məktəbinin “Temida”
vətəndaş klubunun və “Qamonatebi” eko-klubunun rəhbəri Dali
Kekelidze “Marneuli” radiosuna bildirdi ki, layihə çərçivəsində
məktəbdə bir çox tədbirlər həyata keçiriblər.
“Biz noyabr-may aylarında müxtəlif tədbirlər həyata
keçirdik. Əvvəlcə layihə planı yazdıq və bu plan qalib gəldi. Bu
plana uyğun olaraq müxtəlif tədbirlər həyata keçirdik – təqdimatlar
etdik, bukletlər çap etdik, esse və rəsm müsabiqəsi elan etdik.
Asılılığın qarşısının alınması çərçivəsində vasitələrdən biri
olaraq idmanı seçdik, müxtəlif turnirlər, o cümlədən oğlanlar
arasında futbol və həndbol üzrə turnirlər, qızlar arasında futbol
üzrə turnirlər keçirdik. Eləcə də konsertlər verdik, sərbəst
nömrələrimiz oldu, yekun tədbir keçirdik, kənd sakinlərinə
narkomaniya haqqında məlumat verdik”, – Dali
Kekelidze bildirdi.
Dali Kekelidzenin sözlərinə görə, layihə həm məktəbin, həm də
cəmiyyətin inkişafı üçün vacib idi. Roman Zoidze adına Şulaveri 1
saylı məktəbinin 12-ci sinif şagirdi Linda Beridze “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, layihədə iştirak etmək ona
təcrübə qazandırıb.
“Bu layihədə iştirak mənim üçün çox vacib idi, çünki bu
layihə mənə böyük təcrübə qazandırdı. Təkcə təcrübə deyil, həm də
bilik əldə etdim. Asılılığın mənasını daha yaxşı başa düşdüm və bu
mənim üçün çox vacib idi. Bu layihə çərçivəsində çoxlu insanlarla
tanış oldum, onlarla səmərəli əlaqələr qurdum və mənə aludəçiliyin
mənasını daha yaxşı başa düşmək və onlarla birlikdə bu məsələni
həll etmək imkanı verildi”, – Linda Beridze
bildirdi.
Məktəblərdə tədbirlər “Qara və Baltik dənizi Alyansı – Gürcüstanın”
“Mənim oyaq ağlım” layihəsi çərçivəsində həyata keçirilir. Layihəni
Açıq Cəmiyyət Fondu və Avropa İttifaqı maliyyələşdirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415