Ukraynada döyüşən "Gürcü Leginu" Rusiya tərəfindən "terror təkilatı" ealn edilib

Rusiya Ukraynada Rusiyaya qarşı vuruşan “Gürcü legionu”nu “terror təşkilatları” federal siyahısına daxil edib.


Legionun özündə də Rusiyanın bu qərarı “Gürcü legionu”nun səmərəli fəaliyyətinin sübutu kimi qiymətləndirilir.

Kremlin nəzarətində olan qurumlar bu gün, iyunun 14-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin bəyanatını yayıb, ona əsasən, Cənub Dairəsinin hərbi məhkəməsi “dəlillərə əsaslanaraq, “Gürcü Milli Legionunun yarımhərbi birləşməsini” “terror təşkilatı”
kimi tanıyıb.

"Bu, bizim səmərəli işimiz deməkdir, biz bunu davam etdirəcəyik və bu gün Gürcü legionu Rusiyada terrorçular siyahısına salınmasını mütləq qeyd edəcək", - Legionun rəhbəri Mamuka Mamulaşvili "Azadlıq" radiosuna bildirib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin bəyanatında o da yazılır ki, “Gürcü legionu” 2014-cü ildə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “patronajı” altında yaradılıb və bu gün “ən böyük silahlı birləşmədir”. Onun üzvləri Ukrayna Silahlı Qüvvələri ilə döyüş əməliyyatlarında iştirak edir və Rusiya ərazisində “təxribat-terror aktlarının təşkili, rus əsgərlərinə işgəncə verilməsi və mülki şəxslərin öldürülməsi” ilə əlaqəsi olan “milli simvollarla təchiz edilmiş” bir birləşməni təmsil edir.

Rusiya İstintaq Komitəsi Mamuka Mamulaşvili və “Gürcü legionu”nun digər üzvlərinə qarşı muzdlu döyüşçülərin cəlb edilməsi və onların silahlı münaqişəyə cəlb edilməsi maddələri ilə cinayət işi açıb.

2024-cü ilin fevralında Moskvanın Basman rayon məhkəməsi Mamulaşvilini qiyabi həbs cəzasına məhkum edib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin bəyanatına görə, “terror təşkilatı” kimi tanınmaq “Gürcü legionu” üzvlərinin “cinayətkar fəaliyyətini” Cinayət Məcəlləsinin “terrorçuluq istiqaməti” maddələri ilə kvalifikasiya etməyə imkan verir.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google