Marneuli Gender Bərabərliyi Şurasına 3 yeni üzv əlavə olunub
1 may tarixində Marneuli Bələdiyyə Məclisinin iclasında Gender Bərabərliyi Şurasının yeni tərkibi təsdiq olunub. Gender Bərabərliyi Şurasının yeni sədri İa Esebua Marneuli Bələdiyyə Məclisi iclasında çıxışı zamanı bildirib ki, şuraya yeni üç üzv əlavə olunur.

“Gender Şurasına yeni üzv olmaq istəyənlər var. Xüsusilə media nümayəndələri, daha çox qeyri-hökumət təşkilatı və media nümayəndəsinin şuraya qoşulmasına sevinərik. Bizimlə
birlikdə müxtəlif işlər həyata keçirməkləri çox yaxşı olar. Biz bunu sadəcə alqışlayarıq. Buradan irəli gələrək üç nəfər istəyini bildirdi və bizim şuraya qoşuldu. Xahiş edirəm səs verək ki, həmin adamlar bizim şuranın üzvü olsunlar.

Maraqlıdırsa yeni üzvlərin kim olduğunu deyə bilərəm: Marneuli TV-nin nümayəndəsi xanım Mariam Kveladze, iki nəfər isə bizim əməkdaşımız cənab Roman Tabatadze və Baçana Mumladze”,
– İa Esebua bildirib.

Gender Bərabərliyi Şurasının sədri Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze idi. O, Gender Şurasının rəhbərliyi vəzifəsini ötən ay tərk edib və şuranın yeni sədri İa Esebua olub.

“Xatırladım ki, bizim ötən həftə Gender Şurasının üzvləri ilə iclasımız oldu. Bildiyiniz kimi bu şuranın rəhbəri mən idim və dəyişiklik baş verəcək, bu vəzifəni İa xanım tutacaq. Qalanlarına isə demək istəyirəm ki, kimsə şuraya üzvü olmaq istəsə biz bunu alqışlayırıq və əlbəttə qeyri-hökumət təşkilatlarının da Gender Şurasının müzakirə işinə qoşulmasını da alqışlayarıq”.

Marneuli bələdiyyəsinin Gender Bərabərliyi Şurasında bu gün, 1 may tarixində qəbul edilmiş dəyişiklik nəticəsində üzvlərin sayı 33 nəfərə qədər artıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google