Maia Miminoşvili, Lia Qiqauri və başqalarını vəzifədən azad ediblər

Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin direktoru Maia Miminoşvili və təhsil nazirinin müavini Lia Qiqauri Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin

bir neçə dəqiqə bundan əvvəl brifinqdə vəzifədən azad olduqlarını bildirən şəxslər arasındadırlar:

“Təhsilin əlçatanlığı və keyfiyyətin artması bizim ən əsas prioritetlərimizdən biridir. Bizim ölkəni inkişafı üçün rəqabətli təhsil sisteminin yaradılması, müasir tələblərə uyğunlaşmaq vacibdir. Bunun üçün isə
bir çox vacib reforma planlaşdırılır. Müvafiq olaraq, bu prosesə yeni enerji, yeni baxışlar və yeni kadr siyasəti lazımdır”,
- bildirib Mixeil Batiaşvili.

Mixeil Batiaşvilinin sözlərinə görə, vəzifəsini eləcə də nazir müavinləri – Temur Murğulia və Lia Qiqauri, Təhsilin Keyfiyyəti üzrə Milli Mərkəzin direktoru Tamar Sanikidze, Müəllimlərin Peşəkar İnkişaf Mərkəzinin direktoru, Qiorqi Maçabeli, Şota Rustaveli adına Gürcüstan Milli Elmi Fondunun baş direktoru Manana Mikaberidze və Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin direktoru Maia Miminoşvili tərk edirlər.

 

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google