Araflı kəndindəki 56 saylı seçki məntəqəsində komissiya üzvü “Marneuli” radiosunun jurnalistinə təzyiq göstərərək çəkdiyi şəkili silməyə məcbur edib

“Marneuli” radiosunun jurnalistləri vəzifə səlahiyyətlərini yerinə yetirmək məqsədi ilə Araflı kəndindəki 56 saylı seçki məntəqəsinin ərazisinə daxil olublar.


22 saylı Dairə Seçki Komissiyasında akkreditasiya keçmiş jurnalistlərdən biri şəxsiyyət vəsiqəsi yanında olmadığına görə, məntəqəyə buraxılmayıb.

Jurnalist bu zaman şəkil çəkib. Çöldə duran komissiya üzvləri onu komissiya masasının şəklini çəkməkdə ittiham ediblər. Məntəqə ərazisində olan şəxslər jurnalisti dairəyə
alıblar və onu qanunu pozmaqda və saxta sənəd təqdim etməkdə ittiham ediblər.

Psixoloji təsir göstərərək jurnalisti şəkli silməyə məcbur ediblər. Komissiya üzvlərindən biri jurnalistə bu məntəqəyə daxil olmağa imkan verməməyə çalışırdı.

Həmin vaxt məntəqəyə Bələdiyyə Məclisi sədrinin müavini Mamuka Naveriani gəlib.

Faktla bağlı “Marneuli” radiosu “Gənc Hüquqşünaslar Assosiasiyası”na müraciət edib və vəziyyətin aydınlaşdırılmasını xahiş edib.

 

 

Print Email
FaceBook Twitter Google