Seçkilərin ikinci turunun təxmini tarixi məlumdur
Prezident seçkilərinin ikinci turu güman ki, 2 dekabrda keçiriləcək. İPn-nin məlumatına görə, MSK seçkilərin ikinci turunun tarixi olaraq 2 dekabrı müzakirə edəcək. Bu tarix ikinci turun keçirilməsi üçün qanunla nəzərdə tutulan son tarixdi.

Məlum olduğuna görə, Gürcüstanda prezident seçkiləri 28 oktyabrda baş tutdu. Prezidentliyə namizədlərin
heç biri 50% səs toplaya bilmədi. Bu səbəbdən ikinci tur təyin olunub.

İkinci turda idarəçi komandanın dəstəklədiyi namizəd Salome Zurabişvili və Birləşmiş Müxalifətin namizədi Qriqol Vaşadze bir-biri ilə mübarizə aparacaqlar.
Print Email
FaceBook Twitter Google