TI: Zaur Darğallı həyat yoldaşının əmlakını bəyannamədə qeyd etməyib
Kvemo Kartli
qubernatorunun Marneulidən olan müavini Zaur Darğallı da əmlak
bəyannaməsini natamam və ya səhv dolduran vəzifəli şəxslər
arasındadır.
Onun müavini Zaur Darğallıya gəlincə isə, o, 2018-ci ilin iyul
ayında doldurduğu bəyannamədə həyat yoldaşı Rəna Nurməmmədovanın
Marneulidə sahib olduğu 625 kv.m.-lik torpaq sahəsini qeyd
etməyib.
Zaur Darğallı bu məlumatı əvvəlki ilin bəyannaməsində də qeyd
etməmişdi ki, bu barədə məlumatı 2018-ci ilin iyul ayında
“Beynəlxalq Şəffaflıq – Gürcüstan” yaymışdı. Zaur Darğallı
bəyannamənin natamam doldurulmasına görə İctimai Xidmət Bürosu
tərəfindən cərimə olunmuş vəzifəli şəxslərdəndir.