Marneuli gəncləri üçün ekoloji düşərgəyə qəbul elan olunub
Marneulidə yaşayan gənclərə ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı mövzusunda tematik düşərgədə iştirak etmək üçün qəbul başlayıb. Düşərgədə Marneuli bələdiyyəsində yaşayan 15-25 yaş arası gənclər iştirak edə bilər.

Düşərgəyə qəbul İsveçrənin HEKS/EPER təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “İqlim Dəyişikliyinə Davamlı Kənd Təsərrüfatı - PRAISE Marneuli” layihəsi çərçivəsində CENN tərəfindən elan edilib.

“Düşərgənin məqsədi
Marneuli bələdiyyəsində yaşayan gənclərin ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı məsələləri ilə bağlı məlumatlılığını artırmaq, ətraf mühitin mühafizəsi və iqlimə yönəlmiş gənclərin yerli icmada birgə təşəbbüslərinin həyata keçirilməsini təşviq etməkdir”,
– CENN-in məlumatında deyilir.

Düşərgə iştirakçıları aşağıdakı mövzular üzrə tematik sessiyalarda və seminarlarda iştirak edəcəklər:
  • - Qida sistemləri;
  • - Davamlı İnkişaf Məqsədləri (SDGs);
  • - Kənd təsərrüfatı və kəndin inkişafı;
  • - iİqlim dəyişikliyi;
  • - İqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı;
  • - Qida tullantıları və qida itkiləri;
  • - Ətraf mühitin çirklənməsi;
  • - Qida sistemlərində sahibkarlıq;
Düşərgədə iştirak etmək üçün gənclər ərizə formasını doldurmalıdırlar. Müraciətlərin qəbulu üçün son tarix 31 may 2024-cü ildir.

Düşərgə 16-21 iyun 2024-cü il tarixlərində Bulaçaurinin yaşıl mərkəzində keçiriləcək.

Əlavə suallarınız olarsa, təşkilatın nümayəndəsi ilə əlaqə saxlaya bilərsiniz: Sopiko Babalaşvili - CLOAKING
Düşərgə İsveçrənin HEKS/EPER təşkilatının maliyyə dəstəyi ilə CENN tərəfindən həyata keçirilən "İqlim Dəyişikliklərinə Davamlı Kənd Təsərrüfatı - PRAISE Marneuli" layihəsi çərçivəsində keçirilir. Layihənin məqsədi ətraf mühitə uyğun və iqlimə davamlı kənd təsərrüfatına (CRA) dəstək göstərməklə Marneuli bələdiyyəsində əhalinin gəlir əldə etmək imkanlarını artırmaqdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google