Marneuli bağçalarında yay tətili 28 iyundan başlayacaq

Marneuli bələdiyyəsinin uşaq bağçalarında tətillər 28 iyundan başlayacaq.


Uşaq Bağçaları Birliyinin müavini Soso İmnadze “Marneuli” radiosuna məlumatı təsdiqləyib və bildirib ki, məktəbəqədər hazırlıq mərkəzlərində yay tətili başqa tarixdə, iyunun 15-də başlayacaq. Məktəblərdə tədris prosesi başa çatdıqda. Marneuli məktəbəqədər hazırlıq mərkəzləri dövlət məktəblərinin bazasında yerləşir.

İmnadze deyir ki, bağçaların rəhbərliyi nisbətən gec istirahət edəcək. Onlar üçün tətil
1 iyul tarixində başlayacaq.

Marneulinin 84 orta məktəbində “Son Zəng” 20 may tarixində çalındı. Birinci siniflər isə 27 may tarixindən etibarən istirahət edəcəklər.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


 

Print Email
FaceBook Twitter Google