Hüquqi Komitə "rus qanunu"-nu üçüncü dinləmə ilə dəstəkləyib
Hüquqi Komitə qanun layihəsini üçüncü dinləmədə artıq qəbul edib. İclas bir dəqiqə də davam etməyib. İclas bağlanıb.


Polis bazar ertəsi səhər saatlarında gecə Parlamentin qarşısında keçirilən aksiya iştirakçılarını həbs etmək üçün güc tətbiq edib.

“Azadlıq” radiosunun çəkdiyi kadrlarda polis əməkdaşlarının həbs zamanı onlardan birinə fiziki təzyiq göstərdiyi görünür.

Polislər vətəndaşın köynəyini çırıblar, onun başına bir neçə dəfə zərbə endiriblər.

Daha bir nümayişçinin polis əməkdaşları tərəfindən döyülməsi digər media vasitəsi tərəfindən də çəkilib. Onlar da bu vətəndaşı dairəyə alaraq onun
başına bir neçə dəfə zərbə vurublar.

Zakariya Çiçinadze və Zubalaşvili küçələrinin kəsişməsində gərginlik var.

Daxili İşlər Nazirliyinin əməkdaşları səhər saat 6-dan Parlament binasının ətrafındakı küçələri dinc nümayişçilərdən təmizləməyə başlayıblar.

Print Email
Tags: rusqanunayox
FaceBook Twitter Google