Polis Parlament binasının hər üç girişinə gedən yolu bağlayıb

Plenar iclas başlamazdan təxminən bir saat əvvəl, polis Parlament binasının hər üç girişinə doğru gedən yolu bağlayıb.

Parlamentin arxa girişinə toplaşan vətəndaşlar polisin müşayiəti ilə ərazidən çıxarılıb. Onlara həm Çiçinadze, həm də 9 aprel küçələrindən hərəkət etmək qadağan edilib. Eyni zamanda, Azadlıq meydanına su reaktiv maşınları və digər xüsusi texnika səfərbər edilib. Xüsusi təyinatlılar da ərazidədir.

Xatırladaq ki, bu gün Parlamentdə “Rus qanununun” yekun müzakirəsi planlaşdırılıb. Saat 12:00-da qanun layihəsinin üçüncü oxunuşunun səsə qoyulacağı plenar iclas başlayacaq.

 


 

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google