Daxili İşlər Nazirliyi mütəşəkkil narkotik cinayətlərinə görə 77 nəfəri saxlayıb, onlardan 23-ü narkotik alverçisidir

Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayətləri törətməkdə təqsirli bilinən 77 nəfər o cümlədən, 23-ü narkotik alveri ilə məşğul olan şəxs tutulub.


Mərkəzi Kriminal Polis İdarəsinin direktoru Teymuraz Kupatadzenin sözlərinə görə, transmilli mütəşəkkil narkotik cinayəti aşkar edilib, nəticədə DİN Ekvadordan Gürcüstan vasitəsilə Avropaya daşınan banan yüklü dəniz konteynerindən 52
kiloqrama qədər narkotik maddə olan “kokain” götürüb.

Kupatadzenin sözlərinə görə, əməliyyat-istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik vasitələrin satışı ilə məşğul olan böyük internet mağazalarından birini zərərsizləşdiriblər ki, bu da qara bazarın 50 faizindən çoxunu təmin edirdi.

"Yuxarıda adıçəkilən mağazaya tərəfimizdən saxlanılmış 1963-cü il təvəllüdlü Gürcüstan vətəndaşı rəhbərlik edib. O, həmçinin yerləşdirmə üsulu ilə külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olub. Onun şəxsi və yaşayış mənzilinə baxış zamanı 4 kiloqrama qədər 27 min ədəd "Ekstaz" və 10 kiloqram "Mdma" narkotik vasitə - "kokain" aşkar edilərək götürülüb", - Kupatadze bildirib.

Əməliyyatlar nəticəsində Gürcüstan, İran, Türkiyə, Rusiya, Hindistan və Nigeriya vətəndaşları saxlanılıb.

“Saxlanılan şəxslərin göstərdikləri yerlərdən, habelə saxlanılan şəxslərin şəxsi evlərinə və avtomobillərinə baxış zamanı maddi sübut kimi külli miqdarda və xüsusilə külli miqdarda narkotik və psixotrop vasitələr götürülüb:

“Heroin”, “Kokain”, “MDMA”, “Alpha PVP”, “Metamfetamin”, “Metadon”, “Həşiş” və psixotrop maddələr”,
- deyə məlumatda bildirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır.
Mənbə: Tabula

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər