Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat
tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayətləri
törətməkdə təqsirli bilinən 77 nəfər o cümlədən, 23-ü narkotik
alveri ilə məşğul olan şəxs tutulub.
Mərkəzi Kriminal Polis İdarəsinin direktoru Teymuraz Kupatadzenin
sözlərinə görə, transmilli mütəşəkkil narkotik cinayəti aşkar
edilib, nəticədə DİN Ekvadordan Gürcüstan vasitəsilə Avropaya
daşınan banan yüklü dəniz konteynerindən 52
kiloqrama qədər
narkotik maddə olan “kokain” götürüb.
Kupatadzenin sözlərinə görə, əməliyyat-istintaq tədbirləri
nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik
vasitələrin satışı ilə məşğul olan böyük internet mağazalarından
birini zərərsizləşdiriblər ki, bu da qara bazarın 50 faizindən
çoxunu təmin edirdi.
"Yuxarıda adıçəkilən mağazaya tərəfimizdən saxlanılmış
1963-cü il təvəllüdlü Gürcüstan vətəndaşı rəhbərlik edib. O,
həmçinin yerləşdirmə üsulu ilə külli miqdarda narkotik vasitələrin
satışı ilə məşğul olub. Onun şəxsi və yaşayış mənzilinə baxış
zamanı 4 kiloqrama qədər 27 min ədəd "Ekstaz" və 10 kiloqram "Mdma"
narkotik vasitə - "kokain" aşkar edilərək götürülüb",
- Kupatadze bildirib.
Əməliyyatlar nəticəsində Gürcüstan, İran, Türkiyə, Rusiya,
Hindistan və Nigeriya vətəndaşları saxlanılıb.
“Saxlanılan şəxslərin göstərdikləri yerlərdən, habelə
saxlanılan şəxslərin şəxsi evlərinə və avtomobillərinə baxış zamanı
maddi sübut kimi külli miqdarda və xüsusilə külli miqdarda narkotik
və psixotrop vasitələr götürülüb:
“Heroin”, “Kokain”, “MDMA”, “Alpha PVP”, “Metamfetamin”, “Metadon”,
“Həşiş” və psixotrop maddələr”, - deyə məlumatda
bildirilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə
aparılır.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.