Komissiyasının "rus qanunu"na dair rəyi “siyasi qərəzlidir və
hüquqi əsası yoxdur”.
Bu barədə o, bu gün, mayın 22-də Tbilisi hökumətinin iclasında
məlumat verib.
“Venesiya Komissiyasının rəyi yalnız bir şeyi
təsdiqləyir - şəffaflıq qanununa qarşı heç bir hüquqi və ya başqa
cür arqument yoxdur. Təəssüf ki, Venesiya Komissiyası bizə hüquqi
əsaslandırma əvəzinə, faktların təhrif olunduğu siyasi qərəzli
qiymət verdi. O, bizə hüquqi əsaslandırma və ya məzmunlu arqument
təqdim etməyi zəruri saymasa da, qanuna müraciət edilməli olduğunu
söylədi.
Venesiya Komissiyası Gürcüstanın vətəndaş təşkilatlarının və
medianın şəffaflığını tələb etməməsi ilə bağlı tövsiyə ilə çıxış
edir. Belə çıxır ki, bütün bunlar qeyri-demokratik hərəkətdir.
Bütün bunlar sadəcə inanılmazdır. Gürcüstan əhalisi Venesiya
Komissiyasından əsaslandırılmış, peşəkar mülahizə və konkret
arqumentlər gözləyirdi, əvəzində biz konkret qruplardan siyasi
mesajlar aldıq. Sözügedən nəticə yalnız siyasi mesajlarla doymuşdur
və heç bir hüquqi şərh, heç bir əsaslı müzakirə
olmayıb”, - Kaladze bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.