ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Gürcüstanın
qəbul etdiyi xarici “agentlər haqqında qanun”
birbaşa Moskvanın təlimatından köçürülüb.
Entoni Blinken bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasının
Xarici Əlaqələr Komitəsində dinlənilib. Konqresmen Bill Keating
dövlət katibinə Gürcüstanda davam edən demokratik geri çəkilmə və
mübahisəli qanunla bağlı sual verib.
“Biz qəbul edilən “xarici agentlər haqqında qanun”dan
çox narahatıq. Düşünürəm ki, təəssüf ki, birbaşa Moskva təlimatına
uyğundur. Bu, gürcü xalqının əksəriyyətinin Avropa İttifaqına və
Avropaya inteqrasiyaya doğru irəliləmək istəyi ilə açıq şəkildə
ziddiyyət təşkil edir. Biz buna cavab olaraq nə edə biləcəyimiz
üzərində çox işləyirik və mən hərəkətə keçəcəyimizi gözləyirəm.
Avropa İttifaqı bu qanunun Gürcüstanın üzvlük prosesinə necə təsir
edəcəyini də nəzərdən keçirir. Buna görə də, bu qanunun göstərə
biləcəyi təsirə görə [nəticələrin] olacağını
gözləyirəm", - deyə ABŞ dövlət katibi bildirib.
Gürcüstan parlamenti mayın 14-də rus qanununu üçüncü oxunuşda 84
səslə təsdiqləyib. Prezident Zurabişvili qanuna veto qoyub. Bununla
belə, “Gürcü arzusu” prezidentin vetosunu aşmaq üçün parlamentdə
kifayət qədər mandata malikdir.
Bizi Teleqramda izləyin! Yeni
xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.