Gürcüstanın baş naziri İrakli Kobaxidze xarici işlər naziri
İliya Darçiaşvili ilə birlikdə prezident İbrahim Rəisi,
xarici işlər naziri Hüseyn Əmir Abdolahyan və digər dövlət
rəsmilərinin dəfn mərasimində iştirak etmək üçün İran İslam
Respublikasına gedib.
Məlumatı Gürcüstan hökuməti yayıb.
Tehrana gözlənilməz səfərindən bir neçə saat əvvəl Gürcüstan
hökuməti İrakli Kobaxidzenin İranın Tbilisidəki səfirliyində
başsağlığı kitabına qeyd qoyub,
İran xalqına başsağlığı verdiyini
bildirib.
İranın və beynəlxalq medianın məlumatına görə, Tunis və Tacikistan
prezidentləri, Qətər əmiri Şeyx Həməd bin Xəlifə Əl-Tani Təmim,
İraqın baş naziri Məhəmməd Şia Əl Sudan, eləcə də Ermənistanın baş
naziri Nikol Paşinyan, Rusiya Dumasının sədri Vyaçeslav Volodin,
Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz və xarici işlər naziri
Hakan Fidan, Pakistanın baş naziri və baş nazirinin müavini, Çinin
baş nazirinin müavini, Misirin xarici işlər naziri və başqaları
dəfn mərasimində iştirak ediblər.
Rəisinin dəfn mərasimində “Həmas”ın siyasi lideri İsmayıl Haniyə və
“Hizbullah” liderinin müavini Naim Qasım da iştirak edib. “New York
Times”ın məlumatına görə, terror qruplarının liderləri mərasimdə
“Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları ilə çıxıblar.
İran prezidenti və xarici işlər naziri mayın 19-da helikopter
qəzasında həlak olub.
İbrahim Rəisi 2021-ci ildə İran prezidenti oldu ki, bu da İranda
vətəndaşlara qarşı repressiyaların güclənməsinə, xüsusilə gənclərin
etirazlarının vəhşicəsinə yatırılmasına səbəb oldu və bu, çoxlu
gəncin öldürülməsi və edam edilməsi ilə müşayiət olundu.
İran uzun illərdir ki, beynəlxalq sanksiyalar altındadır və onun
aviasiyası son dərəcə köhnəlmişdir, çünki təyyarə və onların
hissələri istehsalçılarına ölkəyə hər hansı məhsul tədarük etmək
qadağandır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.