Ukraynada döyüşən Gürcüstanın daha bir övladı həlak oldu - Nadiradze
Ukraynada döyüşçü Serqo Qornakaşvili həlak olub. Bu barədə Ukraynada döyüşən Vano Nadiradze məlumat verib.

“Kisti qardaşımız Gürcüstanın oğlu Serqo Qornakaşvili Xarkov istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub. Onun qəhrəman ruhuna eşq olsun”, - Vano Nadiradze sosial şəbəkədə yazıb.

Xarici İşlər Nazirliyindən “Netgazet”ə verilən məlumata görə, Serqo Qornakaşvilinin Gürcüstan vətəndaşlığı olmadığı üçün onlarda əlavə məlumat yoxdur.

Rusiyanın
Ukraynaya genişmiqyaslı işğalından sonra 2022-ci il fevralın 24-dən indiyədək 60-dan çox gürcü döyüşçüsü həlak olub.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google