Dmanisi bələdiyyəsinin Qanaxleba kəndində “Tarla günü” təşkil
olunub.
Mətbuat vasitələrinin nümayəndələrinə və fermerlərə Kvemo Kartlidə
yeganə nəzarət olunan otlaqların nümunəvi sahəsi ilə tanış olmaq
imkanı yaradılıb. Otlaq 38 hektar ərazidə salınıb, zonalara bölünüb
və ətrafı elektrikli çəpərlə əhatə olunub.
Bütün bunlar kənddə yaşayan, əsas gəlir mənbəyi heyvandarlıqdan
olan əhalinin vaxtına, enerjisinə qənaət edəcək, onların iqtisadi
gəlirlərini yaxşılaşdıracaq.
Qafqaz Regional Ekoloji Mərkəzin layihə koordinatoru Anna
Ruxadzenin bildirdiyinə görə, layihənin məqsədi Gürcüstanın
deqradasiyaya uğramış otlaqlarının bərpası və davamlı idarə
olunması yolu ilə torpağın deqradasiyasının neytral balansı üzrə
milli məqsədlərə nail olmaqda kömək etməkdir.
Qafqaz Ekoloji Qeyri-Hökumət Təşkilatları Şəbəkəsi CENN-in
nümayəndəsi Cimşer Koşadzenin sözlərinə görə, otlaqların düzgün
idarə edilməsi və istifadəsi vacibdir, çünki onlar mal-qara üçün
ucuz yem bazasıdır.
“Otlaqların davamlı idarə edilməsinə yönəlmiş layihə,
deqradasiyaya uğramış otlaqların bərpası və davamlı idarə olunması
yolu ilə milli torpaq deqradasiyası üzrə neytral balans
məqsədlərinə nail olmaqdır. Bugünkü “Tarla günü” iştirakçılara
davamlı otlaqların idarə olunması üsulları haqqında
danışmaqdır”.
“Otlaqların bərpası layihəsində “Qafqaz Regional Ekoloji Mərkəzin”
sahə eksperti Anzor Qaqoşidze bildirir ki, yerli otlaqların
vəziyyətinin yaxşılaşdırılması, heyvandarlığın məhsuldarlığının
artırılması çox vacibdir ki, bu da əhalinin sosial-iqtisadi
vəziyyətinə təsir göstərir.
Hazırda Dmanisinin nəzarətində olan otlaqda 60-a yaxın iribuynuzlu
mal-qara otarılır. Eteri Qoqoçuri Qanaxleba kəndində yaşayır. Onun
əsas gəlir mənbəyi süd məhsullarıdır. O, layihənin onların həyatına
böyük töhfə verdiyini və bunun da vaxta qənaətdə, iqtisadi
vəziyyətlərinin yaxşılaşmasında özünü büruzə verdiyini deyir.
“Ətrafdakı bütün torpaq sahələri satılıb. Kəndin
istifadəsinə çox az qalıb və bu layihə həqiqətən də vaxtında bizə
çatdı. Bütün yay boyu mal-qara əvvəllər yarı ac idi, indi bütün yay
üçün yem var".
Layihə çərçivəsində Gürcüstanın üç bələdiyyəsində oxşar otlaqlar
var. Onların arasında Nanyansa kəndi (Qurcaani bələdiyyəsi) və
Snoşi kəndi (Kazbeqi bələdiyyəsi) var.
Nəzarət olunan otlaq ən səmərəli və iqtisadi cəhətdən faydalıdır,
otlaqların keyfiyyətini və məhsuldarlığını qorumaq üçün bir
vasitədir.
Nəzarət olunan otlaqların üstünlükləri aşağıdakılardır:
- Otlaqların məhsuldarlığının artırılması;
- Artan ot biokütləsi və təkmilləşdirilmiş növ
tərkibi;
- Alaq otlarının yayılmasının azaldılması;
- Otlaqlardan səmərəli istifadə heyvandarlığın
məhsuldarlığını artırır ki, bu da ev təsərrüfatlarının gəlirlərinə
müsbət təsir göstərir;
- Mal-qaranın parazit xəstəliklərinin yayılmasının
qarşısının alınması.
“Deqradasiyaya uğramış otlaqların bərpası və davamlı idarə olunması
yolu ilə torpaqların deqradasiyası üzrə neytral balans (LDN) milli
məqsədlərinə nail olunması” layihəsi Gürcüstanın Ekologiya və Kənd
Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir, Qlobal
Ekologiya Fondu (GEF) tərəfindən maliyyələşdirilir. Layihə
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı (FAO) tərəfindən həyata keçirilir. İcraçı təşkilat Qafqaz
Regional Ekoloji Mərkəzidir (REC Caucasus). Layihənin tərəfdaşı
CENN təşkilatıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.