İvanişvili milli komandanı təbrik edib, komandaya 30 milyon lari veriləcək - Gürcü Arzusu

Bidzina İvanişvili Gürcüstan futbol komandasını qələbə münasibətilə təbrik edib.

“Gürcü arzusu” bu barədə məlumat dərc edib və milli komandaya 30 milyon lari mükafat veriləcəyini qeyd edib.

"Eyni zamanda Bidzina İvanişvilinin təşəbbüsü ilə 1/8 finalda İspaniyaya qalib gələrək növbəti mərhələyə adlayacağı təqdirdə Gürcüstan millisi mükafat olaraq əlavə 30 milyon lari alacaq. Fəxri sədr “Gürcü Arzusu” bu tarixi
və arzuladığı qələbəyə görə futbol komandasının hər bir oyunçusuna, məşqçilər korpusuna və gürcü azarkeşlərinə təşəkkürünü bildirir”.

Gürcüstan Avropa çempionatının qrup mərhələsində Portuqaliyaya 2:0 hesabı ilə qalib gəlib və 1/8 finalda İspaniya ilə qarşılaşacaq.

Mənbə: Tabula

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google