Marneuli “Gənclik” futbol məktəbinin baş məşqçisi Gürcüstan yığmasının oyununu qiymətləndirir
Gürcüstan yığması Avropa çempionatı yarışında 18, 22 iyun tarixlərində Türkiyə və Çexiya futbol komandası ilə qarşılaşdı.

Marneuli “Gənclik” futbol məktəbinin baş məşqçisi Əhməd İsmayılov Gürcüstan yığmasının Türkiyə və Çexiya qarşılaşmasına öz münasibətini bildirir. Gələcək hədəflər və imkanlar haqqında söhbət açır. O, Çexiya-Gürcüstan oyununda  Çexiya komandasının böyük təcrübəsi olduğunu və  buna rəğmən Gürcüstan yığmasının çox yaxşı oyun
nümayiş etdirdiyini dilə gətirdi.

Gürcüstan yığmasını çox yüksək dərəcə ilə qiymətləndirirəm, çünki tarixdə ilk dəfə olaraq millimiz Avropa çempionatına çıxır", - Əhməd İsmayılov bildirdi.

Məşqçi Əhməd İsmayılov "Marneuli" radiosu ilə söhbəti zamanı Gürcüstan millisinin Portuqaliya yığması ilə oyununun çox çətin keçəcəyini vurğuladı.

“Türkiyə-Portuqaliya ilə müqayisədə Gürcüstan-Portuqaliya qarşılaşması daha maraqlı keçəcək. Mən inanmıram ki, Portuqaliyaya qalib gələk, ancaq yaddaqalan oyun baş tutacaq. Düzdür, Çexiya ilə komandamız bərabər nəticəni əldə etdi. Portuqaliya ilə çox çətin olacaq. Onların neçə dənə ulduzları var. Ronaldodan başqa bir neçə ulduzları yenə var",- Əhməd İsmayılov dedi.

Əhməd İsmayılov artıq, 58 ildir ki, bu sahə üzrə fəaliyyət göstərir. Onun sözlərinə görə, tələbələrindən 4 nəfər hazırda Polşada 1, 2 və 3-cü liqada oynayır. Komandanın 1 üzvü Fransada Futbol Akademiyasındadır. Varşavada oynayan futbolçulardan biri Görarxından, biri Qullar kəndindən, digəri isə Marneulidəndir.

Xatırladaq ki, Gürcüstan millisi Portuqaliya ilə 26 iyun tarixində qarşılaşacaq. Marneuli meriyasının təşkilatçılığı ilə “Yenə də Böyüyəcəklər” abidəsinin ərazisindəki parkda saat 21:00-da böyük ekranda oyun birbaşa yayımlanacaq.



Print ელ. ფოსტა
FaceBook Twitter Google