Qoç
- planlarda və artıq nizama saldığınızı düşündüyünüz işlərdə
dəyişikliklər ola bilər. Vəziyyətdə maraqlı olan yeni şəxslər peyda
olacaq. Şərait yenilənir. Danışıq, görüş, müzakirə, hüquqi
məsələlərin həlli üçün əlverişli zamandır. Günün ikinci yarısında
yeni sifariş ola bilər.
Qoç
- ünsiyyətdə səmimi, qayğıkeş olun. Münasibətlərdəki aktiv
mövqeyiniz əlaqələrdə harmoniya yaradacaq. Ən rutin işlərin
görülməsində yaradıcılıq imkanları yaranır. Mövqeyinizi
ətrafınızdakı insanlara çatdırın.
Qoç - əvvəllər
planlaşdırdığınız işlərin çoxunu günün ilk yarısında reallaşdırmaq
mümkündür. Sürətli və qətiyyətli olun. Həmişə məsləhət aldığınız
insanların açıqlamalarını bu dəfə gözləməyin. Kiçik itkilər,
texnikanın sıradan çıxması mümkündür. Səfər və ya səyahət
hesablamalarınızdan artıq vaxt tuta bilər.
Qoç
- əlverişli gündür. Ünsiyyətdə fayda var. Qeyri-rəsmi və işgüzar
müzakirələr faydalı olacaq. Yaxın ətrafınızdakı insanları
anlayacaq, onların gizli istəklərindən xəbər tutacaqsınız.Müşahidə
qabiliyyətiniz sayəsində yaxın ətrafınızdakı insanlardan birinin
sirlərini istəmədən faş edəcəksiniz.
Qoç - qalib gəlməyə, lider
mövqelər tutmağa çalışın. Günün ilk yarısında münaqişəli
vəziyyətlərdən çıxış yolu tapın, mübahisələrə son qoyun. Sizi
maraqlandıran sahələrdə yeni istiqamətlərin tədqiqatı üçün
əlverişli zamandır.
Qoç
- fəallıq və səylərinizi yönəldəcəyiniz istiqaməti müəyyənləşdirin.
Yaxın gələcəkdə maksimum fayda əldə etmək üçün əsas fəaliyyət
yönünü seçin. Yaxın ətrafınızdakı insanlar sizi nəyəsə razı salmağa
çalışanda, güc və qüvvənizi, vaxt və səylərinizi tələb edən əmələ
yönəltmək istəyəndə "yox" deməyi bacarın.
Qoç - həmkarlar və işgüzar
tərəfdaşlarla münasibətlərdəki dəyişikliklər müəyyən narahatlıq
yarada bilər. Fəaliyyətinizdən narazılıq, qərarların qəbulu
prosesində təbəddülatlar yarana bilər. Nigaran qalmayın, problemlər
müvəqqətidir.
Buğa - əlverişli
situasiya sizə yarımçıq işləri uğurla başa vurmağa imkan verir.
Məntiqli risk etmək olar. Hər şey qətiyyət və əmək
məhsuldarlığınızdan asılıdır. Mobil, çevik, mütəhərrik olun. Yeni
informasiyaları əldə etməyə çalışın.
Əkizlər - bilik və
bacarıqlarınızı nümayiş etdirin. Təcrübənizdən yararlanın. Texniki
sahədə çalışırsınızsa, şanslarınızdan yararlanın. Ambisioz planlar
qurun, inandığınız insanlarla əməkdaşlıq edin.
Xərçəng - bir çox
məsələləri həll etmək olar. Problemlərin sayı sizi qorxutmasın.
Yeni layihələrə başlamaq, anlaşma və müqavilələri müzakirə etmək,
sərmayələr barədə düşünmək üçün münasib zamandır. Müdrik insanla
maraqlı görüş olacaq.
Şir - yaramaz,
paxıl və ikiüzlü insanlardan uzaq olun. Belələri sizi təbdən çıxara
bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizə qarşı məkrli plan
hazırlayır. Plana uyğun hərəkət edin. Belədə gərginlik və
tələskənlik olmadan çalışaraq bir çox işləri həll edə
bilərsiniz.
Qız -
yaxınlarınızdan dəstək və yardım ala bilərsiniz. Bu imkanlardan
yararlanın. Yalnız özünüzə, öz qüvvənizə güvənin, qatı
fərdiyyətçilik etsəniz ciddi problemlərlə
qarşılaşacaqsınız.
Tərəzi -
problemləri asanlıqla, sürətlə və tez həll etmək mümkün deyil.
Səbrli və soyuqqanlı davranış gərəkli nəticələr verəcək. Müdrik
olun, nüfuzunuza xələl gətirəcək qərarlar verməyin.
Əqrəb -
situasiyadan yararlanaraq maddi durumunuzu yaxşılaşdıra bilərsiniz.
İnternet, telekommunikasiyalar, proqramlarla bağlı problemlər
yarananda aqressivləşməyin. Borc almaq, kredit götürmək və
ödənişlər etmək üçün əlverişli zamandır. Təhsil sahəsində
çalışırsınızsa, əlverişli zamandır.
Oxatan - işin
effektivliyi sizdən asılıdır. Əlverişli situasiya sizə yaxşı
nəticələr əldə etməyə imkan verir. Tənbəllik etməyin. Perspektivini
görmədiyiniz işləri ertələməyin və çalışın. Yaxın ətrafınızdakı
insanlar layihələrdən birinə maneələr yarada bilər.
Oğlaq - yeni iş və
ya layihəni planlaşdırmayın. Cari, rutin, adi məsələlərin həlli ilə
məşğul olun. Dostlardan birinin yardım istəyini qulaqardına
vurmayın. Yenilikləri əxz etməyə çalışın. Yaxın ətrafınızdakı
insanlar belə, davranışınızı dəyərləndirəcəklər.
Dolça - yeni işə və
ya layihəyə başlamaq olar. Planlarda dəyişikliklər zəruridir. Bir
qədər ehtiyatlı olun. Mövqelərinizi nəyin bahasına olursa-olsun,
qorumağa çalışmayın. Bəzən kompromisə getmək gərəkdir. Mühüm xəbər
və ya məlumat ala bilərsiniz.
Balıqlar -
emosiyalarınızın normal olması və yaxşı əhval-ruhiyyə sizə bir sıra
problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Təcili olmayan işləri
ertələmək olar. Lakin əyləncə və istirahətə çox vaxt
ayırmayın.
Qoç
- bu gün məhsuldar ideyalar sarıdan boldur. İşlərdə yaranan maneə
və sədləri dəf edə bilərsiniz. Soyuqqanlı və təmkinli davranın. Adi
günlərdən fərqli olaraq daha çox çalışmaq məcburiyyətində
qalacaqsınız.
Qoç
- işlərinizə ciddi hazırlaşsanız, yaradıcı planlarınızı reallaşdıra
bilərsiniz. İnformasiya, yaxud zəruri avadanlıq, alət, material
çatışmazlığı hiss oluna bilər. Belə situasiyanın yaranmaması üçün
tədbirli davranın.
Qoç - peşəkar fəaliyyət üçün
işgüzar yazışma və danışıqların böyük əhəmiyyəti var. İnformasiya
mübadiləsini unutmayın. Səfər, danışıqlar, sənədlərlə iş üçün günün
ilk yarısı əlverişlidir.
Buğa - yaxın
ətrafınızdakı insanlarla dil tapmağa çalışın. Sağlam məntiq
yardımçınız olsun. Bu minvalla bir sıra problemləri həll edə
bilərsiniz. Məqsədə çatmaq üçün trivial olmayan yollardan istifadə
edin.
Əkizlər - köç vəy
va mənzillə bağlı məsələlərin həlli üçün əlverişli zaman deyil.
Dövlət qurumlarına, hakimiyyət strukturlarına müraciəti ertələyn.
Maksimal dərəcədə diqqətli olun. Birgə layihənin həyata
keçirilməsində maraqlarınızı ani hisslərə qurban
verməyin.
Xərçəng - işlərə
ciddi yanaşın. Emosiyalarınıza nəzarət edin. İşdə rəhbərlik və
həmkarlarla təmaslarda diqqətli olun. Yaxın ətrafınızdakı insanlar
qarşısında sərt tələblər qoymayın. İradların sayını artırmağa
dəyməz.
Şir - bacarıq və
təcrübənizi artırmaq üçün yaxşı zamandır. Təhsil alırsınızsa,
biliklərin yeni sahəsinə maraq oyana bilər. Nüfuzunuzu artırın.
Statusunuzda dəyişikliklər olacaq. Yaxın ətrafınızdakı yeni
simalardan birinə səlahiyyət və məsuliyyətlərinizin bir hissəsini
həvalə edə bilərsiniz.
Qız - işləri nizama
salın. Yaşam arealında təxirəsalınmaz tədbirlərə ehtiyac var. Adi
günlərdən fərqli olaraq detallara və xırdalıqlara xüsusi fikir
verin. Yaxın ətrafınızdakı insanların məsləhətinizə ehtiyacı var.
Çətin problemlərin həllində irəliləyişlər ola bilər.
Tərəzi -
ətrafınızdakı bəzi insanların ikili həyatı sizi çılğına
döndərməsin. Maskaların yırtılmasına hələ çox var. Sonucda məxfi
məlumatı əldə edə bilərsiniz. Bu, baş verməsə belə, zahirdə
görünənlə müqayisədə batindəki məğz sizi daha çox narahat
etməlidir.
Əqrəb - yaşam
təcürbənizə güvənərək avantüralara qatılmayın. Velosiped ixtira
etməyə dəyməz. Daha təcrübəli insanın məsləhətinə və ya başlamaq
istədiyiniz işə bələd şəxsin dediklərinə qulaq asın. Belədə
problemi daha asan və tez həll edə bilərsiniz.
Oxatan - problemi
şəxsi görüşdə daha məhsuldar şəkildə həll etmək olar. Şablon
qaydada çalışmayın. Yaxın ətrafınızdakı insanların hərəkətlərinin
motivasiyasını anlamağa çalışın. Fərdi təmaslarda xeyir
var.
Oğlaq - aktiv olun,
qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün sivil vasitələrin
hamısından istifadə edin. Yeni predmeti araşdırmaq, danışıqlar
aparmaq, səfərə yollanmaq üçün pis gün deyil.
Dolça - sizi tənqid
edən insanın dedikləri peşə fəaliyyətinizə müsbət təsir edəcək
nüanslara çevrilə bilər. Problemlərin müzakirəsindən çəkinməyin.
Səhvləri tərəfdaş və ya şəriklə birlikdə təfərrüatlı formada
nəzərdən keçirin.
Balıqlar -
olaylarla bağlı şəxsi fikriniz ətrafınızdakı insanlar üçün maraqlı
deyil. Başqasının fikirləri ilə ya razılaşmalı, ya da münaqişə
situasiyası yaratmaq bahasına olsa da, mövqelərinizdən geri
çəkilməməlisiniz.