Prezident “Seçki Məcəlləsi”nə dəyişikliklərə veto qoyub.
Salome Zurabişvilinin sözlərinə görə, məcəllədə edilən
dəyişikliklər hakim partiyanın birtərəfli qərarlar qəbul etməsinə
imkan yaradır.
“MSK-nın qərarlarının qəbulu üçün lazım olan 2/3 kvorum
tam tərkibin əksəriyyətinə endirilir. Dəyişikliklə MSK-da qərar
qəbul etmək üçün partiyalar arasında konsensus zərurəti aradan
qaldırılır və hakim partiya praktiki olaraq təkpartiyalı əsasda
qərar qəbul etmək imkanı əldə edir”, - prezidentin
bəyanatında deyilir.
Həmçinin prezidentin sözlərinə görə, o, “Korrupsiyaya qarşı
mübarizə haqqında” qanuna dəyişikliklər paketini imzalayıb. Bununla
belə, o hesab edir ki, təqdim olunan dəyişikliklər fəsadlı və
parçalanmışdır, korrupsiyaya qarşı mübarizənin effektivliyinin daha
da artırılmasını nəzərdə tutan Avropa İttifaqına daxil olmaq və
danışıqlara başlamaq üçün 9 şərtdən biri olan Avropa Komissiyasının
tələblərinə cavab vermir.
Zurabişvilinin sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə
Bürosunun müstəqilliyinin faktiki artırılması istiqamətində
aparılan islahatlar onun hazırladığı “Gürcüstan Xartiyası”nda öz
əksini tapıb. Onun təklif etdiyi islahat büroya istintaq
səlahiyyətlərinin verilməsini nəzərdə tutur və onun rəhbərini
parlament seçməlidir.
“Hazırda büronun rəhbəri Baş nazir tərəfindən təyin
edilir və büro seçki subyektləri ilə bağlı bir sıra xüsusi inzibati
icraat tədbirlərini həyata keçirmək, o cümlədən fiziki şəxsin
dindirilməsi, magistratura hakimi qarşısında dindirilməsi
səlahiyyətinə malikdir.
Qanundan seçmə istifadə olunmaması və büro hökumətin əlində olan
partiyalara qarşı cəza alətinə çevrilməməsi üçün daha çox
əsaslandırma tələb edən şəxsi məlumatların, o cümlədən fərdi
məlumatların xüsusi kateqoriyalarının tələb edilməsi
lazımdır”, - prezidentin bəyanatında deyilir.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.