Dünyanın ən bahalı əczaçılıq brendlərinin reytinqində Amerikanın
“Johnson & Johnson” şirkəti ardıcıl altıncı ildir ki, birinci yeri
tutur.
Bu, brendin qiymətləndirilməsi sahəsində konsaltinq şirkəti olan
Brand Finance-in məlumatlarında yazılıb.
Xüsusilə, keçən il J&J brendinin bazar dəyəri 5% artaraq 13,4
milyard dollar olub.
Bununla belə, ən sürətlə inkişaf edən əczaçılıq brendləri Novo
Nordisk və Eli Lilly-dir. Xüsusilə, Novo Nordisk-in bazar dəyəri
64% artaraq 5,1 milyard dollara, Eli Lilly's isə 53% artaraq 5,9
milyard dollara çatıb.
Bazar dəyərinə görə ən bahalı 10 əczaçılıq şirkəti
aşağıdakılardır:
- • Johnson & Johnson (ABŞ) – 13,4 milyard
dollar
- • Roche (İsveçrə) – 8,8 mlrd
- • Pfizer (ABŞ) – 6,1 mlrd
- • Merck (ABŞ) – 6,1 mlrd
- • Eli Lilli (ABŞ) – 5,9 mlrd
- • AstraZeneca (Böyük Britaniya) – 5,7
mlrd
- • Bayer (Almaniya) – 5,5 mlrd
- • Novo Nordisk (Danimarka) – 5,1 mlrd
- • Sanofi (Fransa) – 4,4 mlrd
- • Bristol Myers Squibb (ABŞ) – 4,2
milyard
Dörd Çin şirkəti, Guangzhou Pharmaceutical, Sinopharm, Shanghai
Pharmaceuticals Holding və Yunnan Baiyao kapitallaşmaya görə ilk 25
əczaçılıq brendi arasındadır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.