5 ayda təxminən 18,6 milyon ABŞ dolları dəyərində Çin avtomobilləri gəldi - bir avtomobilin qiyməti nə qədərdir

Gürcüstana Çin avtomobillərinin idxalı rekord həddə çatıb.


Milli Statistika Xidmətinin məlumatına görə, cari ilin 5 ayında Çindən 1 119 ədəd (18,598 milyon ABŞ dolları) avtomobil idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə kəmiyyətcə 54%, məbləğə görə isə 117% çoxdur. 2023-cü ilin yanvar-may aylarında Gürcüstana 726 ədəd (8,582 milyon ABŞ dolları)
Çin avtomobili idxal edilib.

Bundan əlavə, Çinin ümumi avtomobil idxalında payı da artıb. O cümlədən, bu ilin 5 ayında Gürcüstana ümumilikdə 65 455 ədəd (967,364 milyon ABŞ dolları) avtomobil idxal olunub ki, bunun da 1,7 faizi Çindəndir. 2023-cü ilin yanvar-may aylarında ölkəyə 82 841 ədəd (1,262 milyard ABŞ dolları) avtomobil idxal edilib ki, bunun da yalnız 0,9%-i Çindəndir.

Qiymətə gəlincə, Milli Statistika Xidmətinin məlumatına görə, bir avtomobil orta hesabla təxminən 16,6 min ABŞ dollarına başa gəlir, lakin marka və modeldən asılı olaraq qiymət daha az və ya baha ola bilər.
Mənbə: BPN

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google