"YouTube" şirkəti xidmət istifadəçiləri üçün videolara
qeydlər əlavə etmək funksiyası üzərində işləməyə başlayıb.
Yenilik ilkin olaraq ABŞ istifadəçiləri üçün əlçatan olacaq və
ingilis dilində qeydlər etmək imkanı verəcək. Sözügedən dəyişiklik
"YouTube"da kanalları aktiv olan məhdud sayda istifadəçilərə təqdim
olunacaq.
Qeydlərin yaxın bir neçə ay ərzində ABŞ istifadəçiləri üçün
istifadəyə veriləcəyi bildirilir.
"Ediləcək dəyişikliklər vasitəsi ilə mahnının parodiya olduğunu
aydınlaşdıran, məhsulun seçilmiş versiyasının artıq mövcud olmasını
bildirən və ya köhnə video sırasının cari hadisə kimi təqdim
edildiyini izləyicilərə izah edən qeydlər ola bilər
", - deyə şirkətin rəsmi bloqunda qeyd olunub.
Mənbə: Milli.Az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.