Gürcüstanın ictimai müdafiəçisi Levan İoseliani eks-prezident
Mixeil Saakaşvilini ziyarət edib.
Səfərdən sonra o, jurnalistlərə deyib ki, Saakaşvili əvvəlki
səfərlə müqayisədə indi fiziki cəhətdən xeyli yaxşı görünür.
“Əlbəttə, səhhətilə bağlı məlumat almışam, amma bu
barədə ictimaiyyətə danışa bilmərəm. Onun transfer məsələsinə
gəlincə, bu, ümumiyyətlə, gündəmdə deyil.
Mixeil Saakaşvilinin əvvəlki səfərdəki fiziki görünüşünü müqayisə
etsək, o, bundan qat-qat yaxşı görünür”, - İoseliani
bildirib.
“Vivamedi” klinikasında Mixeil Saakaşvili ilə yanaşı, Levan
İoseliani digər məhbuslarla da görüşüb. Onun sözlərinə görə,
hazırkı mərhələdə 10-a qədər məhbus “Vivamed”də müalicə alır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415