Marneuli Bələdiyyə Məclisində şəxsi məlumatların qorunması üçün məmur təyin olunub
Marneuli Bələdiyyə Məclisinin şəxsi məlumatların qorunması üzrə məmuru var. Bu yeni vəzifədir. Həmin vəzifəyə Bələdiyyə Məclisinin işçisi Xoşqədəm Novruzalovanı təyin ediblər.

Marneuli Bələdiyyə Məclisinin 25 iyun tarixində baş tutan iclasında Aparatın rəhbəri Nino Beridze bildirib ki, dəyişikliyə şəxsi məlumatların qorunması haqqında qanunda edilən dəyişiklik səbəb olub. Onun sözlərinə görə, yalnız Aparatda işləyən adamların ona müraciət etmək hüququ
var.

“Bu fərdi məlumatların hazırlanması, məlumatların toplanması ilə heç bir əlaqəsi olmayan, yəni buna əlçatan deyil və neytral bir şəxsdir. Belə olan halda, şərti olaraq deyirəm, məsələn, Nino Beridzedə onun şəxsi məlumatlarının pozulduğu qənaəti yaranıb, o, məmura müraciət edir və məmur şəxsi məlumatların qanunsuz olaraq verilməsi, açıqlanması və s. baş verib-vermədiyini araşdırmalı, icrası məcburi olacaq müvafiq tövsiyələr verməlidir”.

Beridzenin sözlərinə görə, Bələdiyyə Məclisindən əlavə Marneuli meriyasının da şəxsi məlumatların qorunması üzrə məmuru var.

Bələdiyyə Məclisinin iclasında gündəlikdə nəzərdə tutulmuş 7 məsələ müzakirə olunub. Onlar arasında, büdcədə edilən dəyişikliklər, ştat siyahıları, Marneuli Bələdiyyə əmlakının istifadəyə verilməsi və planın təsdiqlənməsi, sosial məsələlər və s. də var. Deputatlar onların hamısı ilə bağlı müsbət qərar qəbul ediblər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google